Xocahəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Xocahəsən gölünün bərpa layihəsi Xocahəsən-Lökbatan hibrid yaşıl dəhlizinin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsində aparılan neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi və kanalizasiya sisteminin yenidən qurulması daxildir. Ərazinin nəqliyyat əlaqəsi mövcud dəmir yolu üzərində yerləşən sərnişin dəmir yolu stansiyası vasitəsilə təmin ediləcək.