2022-ci il fevralın 10-dan sonra Rumıniya ərazisinə daxil olan ukraynalı qaçqınların sayı 10 milyonu ötüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə ölkənin Sərhəd Polisi Müfəttişliyi məlumat yayıb.
Qeyd olunub ki, cari il oktyabrın 7-nə kimi Rumıniyaya 10 milyon 200 mindən çox ukraynalı daxil olub.
Rumıniya daha çox Qərbi Avropa ölkələrinə gedən ukraynalılar üçün tranzit ölkəsi kimi tanınır. Hazırda Rumıniyada 80 mindən çox Ukrayna vətəndaşı qeydiyyatdadır.