Böyük Britaniya hərbi ehtiyaclar üçün əlavə 2,9 milyard funt sterlinq (3,7 milyard dollar) ayırmağı planlaşdırır.
QÜTB.AZ xəbər verir ki, "The Daily Telegraph" bu barədə ölkənin maliyyə naziri Reyçel Rivsə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, əlavə vəsaitin ayrılması hökumətin büdcə müraciəti zamanı açıqlanacaq.
Agentlik iddia edir ki, 400 milyon funt sterlinq hərbi qulluqçuların maaşlarının 6% artırılmasına yönəldiləcək. Pul həmçinin Ukrayna ordusuna verilmiş silah ehtiyatlarının bərpası üçün istifadə olunacaq. Ehtimal olunur ki, müdafiə xərcləri ÜDM-in təxminən 2,3%-i səviyyəsində hazırkı səviyyədə qalacaq.
Oktyabrın 23-də Böyük Britaniya Müdafiə Nazirliyinin rəis müavini Lyuk Pollard krallığın 200 ukraynalı pilota "F-16" qırıcılarını idarə etmək üçün təlimini başa çatdırdığını açıqlayıb.
Oktyabrın 17-də Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, NATO Rusiyaya təzyiqi artırmaq və münaqişədə Ukraynanın qələbəsini təmin etmək üçün yaxın aylarda Ukraynaya dəstəyi artırmalıdır.
Hüseyn İbadlı