05.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Bu ölkə müsəlmanları qorumaq üçün 150 milyon dollar ayıracaq

11 mar 2024 07:00
GÜNDƏM
ads

Hökumət Böyük Britaniyada artan anti-islam təcavüzünün qarşısını almaq üçün həll yolu axtarır.

Publika.az xəbər verir ki, İsrailin Qəzzaya qarşı müharibəsinin başlamasından sonra müsəlmanlara qarşı hücumların artdığı bir vaxtda Böyük Britaniya hökuməti müsəlman icmalarını qorumaq üçün 150 milyon dollar ayırmağı vəd edib.

Vəsaitlər növbəti dörd il ərzində bütün ölkə üzrə məscidlərdə, müsəlman dini məktəblərində və digər icma mərkəzlərində təhlükəsizliyin artırılmasına yönəldiləcək.

"Anti-müsəlman nifrətinin cəmiyyətimizdə qətiyyən yeri yoxdur. Yaxın Şərqdəki hadisələrin Britaniya müsəlmanlarına qarşı sui-istifadəyə haqq qazandırmaq üçün bəhanə kimi istifadə edilməsinə icazə verməyəcəyik", - Daxili İşlər Naziri Ceyms Cleverly açıqlamasında deyib.

Müsəlman icmasına qarşı nifrət cinayətlərinin monitorinqini aparan qrup “Tell MAMA” bildirib ki, oktyabrın 7-dən bəri 2010 nifrət hadisəsi qeydə alınıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
135 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur