Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev onu Sankt-Peterburqdan Moskvaya köçməyə nəyin sövq etdiyi haqda danışıb.
Publika.az xəbər verir ki, Rusiya Federasiyasının keçmiş prezidentinin sözlərinə görə, Vladimir Putin ona belə bir təklifi 1999-cu ildə edib. Medvedev bu barədə Sankt-Peterburq Dövlət Universitetinin 300 illik yubileyi münasibətilə verdiyi müsahibədə danışıb.
O etiraf edib ki, elmi və pedaqoji fəaliyyətini uzun illər məhz şimal paytaxtında davam etdirib. Məhz buna görə də Putinin təklifi onu çətin seçim qarşısında qoyub.
“Mən təbii ki, başa düşürdüm ki, bu halda elmi və pedaqoji karyeram başa çatacaq”, – “Life” Rusiya Federasiya Şurasının vitse-prezidentinin sözlərindən sitat gətirib.
Tural