Argentina milli komandası ölkə prezidentinin Xavier Mileyin təkliflərinə görə beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər.
Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Miley Argentina prezidenti seçilən kimi təcili zərurət haqqında fərmanda qeyd edildiyi kimi klubların idman səhmdar cəmiyyətlərinə çevrilə biləcəyini bildirib.
Argentina İdman Konfederasiyası (CAD) bu təklifə qarşı çıxıb, çünki Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Futbol Federasiyasının qaydalarına əsasən, dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə ciddi cəzalar nəzərdə tutulub. Müdaxilə səbəbindən Argentina millisi Amerika Kuboku və Parisdə keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırıla bilər.
Dekabrın 20-də Miley xalqa müraciət edərək, iqtisadiyyatın tənzimlənməsinin dayandırılmasına yönəlmiş islahatlarla fövqəladə fərman imzaladığını açıqlamışdı.
Heybət