29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu Avropa ölkəsi əhalidən borc istəyir

25 yan 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Litvada müdafiə xərclərini maliyyələşdirmək üçün əhalidən borc almaq istəyirlər.

Publika.az xəbər verir ki, bu həll variantını Litva Seyminin (Parlamentinin) sədri Viktoriya Cmilyte-Nielsen milli radionun efirində səsləndirib.

O qeyd edib ki, Litvanın siyasi partiyalarının nümayəndələrinin əksəriyyəti belə bir ideyanı dəstəkləyiblər. Cmilyte-Nielsen, "Belə bir qərarda mən dövlətimə inam elementi görürəm, bu son dərəcə vacibdir" deyib.

İqtisadiyyat və İnvestisiya Naziri Auşrine Armonaite, müdafiə krediti istiqrazlarının köməyi ilə ölkənin müdafiəsini maliyyələşdirmək üçün sakinlərin cəlb edilməsini təklif edib.

Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Laurinas Kaçiunasın sözlərinə görə, yaxın 6-7 ildə ölkənin müdafiə kompleksinə əlavə 500 milyon avro lazımdır.

Bundan əvvəl Estoniya bəyan etmişdi ki, 3-5 ildən sonra Rusiya Avropa və NATO sərhədlərini təhdid etməyə başlayacaq. Baş nazir Kaja Kallasın sözlərinə görə, Avropanın buna hazırlaşması üçün təxminən beş il vaxtı var.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur