28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

“Fənərbağça” – “Qalatasaray” oyunu ilə bağlı “sirli bəyanat”

29 dek 2023 21:00
İDMAN
ads
Advertisement

“Fənərbaxça” rəsmi internet saytında “Qalatasaray” və Türkiyə Futbol Federasiyasının imzaladığı açıqlamanı yayıb.

Publika.az xəbər verir ki, bu, Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilməsi planlaşdırılan ölkə Superkuboku matçının ləğv edilməsi ilə bağlıdır.

“Cümhuriyyətimizin və Türkiyə Futbol Federasiyasının 100 illik yubileyini xaricdə qeyd etmək üçün klublarımızla türk futbolunun, klublarımızın marka dəyərinin artırılmasına töhfə verəcək şəkildə iş təşkil etdik.

29 dekabr 2023-cü il, cümə günü baş tutmalı olan Türkiyə Superkuboku matçı təşkilatda bəzi axsamalar səbəbindən klublarımızla birgə qəbul etdiyimiz qərar nəticəsində tarixə təxirə salınıb.

Superkubokun təşkilində bu günə qədər göstərdikləri səylərə görə Futbol Federasiyasına və müvafiq ev sahibi təşkilatlara təşəkkür etmək istərdik”, – deyə məlumatda bildirilir.

Bu bəyanatdan klubların və federasiyanın nə demək istədiyi başa düşülmür. Görünür, onlar pula görə getdikləri Səudiyyədə üzləşdikləri biabırçılıqdan sonra ərəblərin xətrinə dəyməmək üçün belə “izahat” verməli olublar.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur