30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Rihanna Makronla görüşdən çıxarkən görüntüləndi

26 yan 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Rihanna və A$AP Rocky ötən həftə sonu Parisə uçublar və təkcə Moda Həftəsi üçün deyil.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən gecə prezident iqamətgahı olan Yelisey sarayından çıxarkən onları fotoqraflar lentə alıb. Emmanuel Makron və Bricit Makronun məşhur cütlüklə görüşündə konkret nələrin müzakirə olunduğu hələlik məlum deyil.

Ekstravaqant üslubu ilə məşhur olan, eksperimentlərdən qorxmayan və ümumiyyətlə ən yaxşı geyinən ulduzlardan sayılan Rihanna və A$AP Rocky-nin dövlət başçısı ilə görüşündən kadrlar sosial meidada yayılıb. Bu görüş üçün məşhurlar onlara xarakterik olmayan mühafizəkar obrazlar seçiblər. A$AP Rocky qalstuk taxıb, Riri isə dizə qədər qələm yubka, stiletto ayaqqabı və klassik klatç seçib.

Rihanna Fransa prezidentini xeyli müddətdir ki, tanıyır. Hələ 2017-ci ildə müğənni siyasətçiyə "X"-da (Twitter) müraciət edərək, inkişaf etməkdə olan ölkələrdə uşaq və gənclərə təhsil vermək kampaniyasına dəstək verməyə çağırıb. Bir ay sonra Makron artisti Yelisey sarayında qəbul edib və onunla bu təşəbbüsü şəxsən müzakirə edib. 2018-ci ildə hər ikisi Seneqalda eyni mövzuda konfransda çıxış ediblər.

Bundan əlavə, müğənninin ölkə iqtisadiyyatında birbaşa iştirakı da qeyd olunur. O, ən varlı fransız milyarder Bernard Arnoya məxsus LVMH konserninin qanadı altında kosmetika brendi "Fenty Beauty" və lüks geyim brendini təsis edib. Beləliklə, Rihanna Fransada tez-tez qonaq olur. Bu dəfə, məsələn, Makronla görüşməklə yanaşı, o, "Dior" şousunu izləyib, ondan sonra ulduz Parisdə "Siena" restoranına baş çəkib, burada boşqaba gülməli avtoqraf qoyub və müəssisənin hesabı üçün şəkil çəkdirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur