29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Baydenin yarışdan çıxmasından bir saat keçməmiş başladı: Tramp strategiyanı dəyişəcək?

22 iyl 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Baydenin yarışdan çıxmasından bir saat keçməmiş Tramp kampaniyası Kamila Harrisin köhnə bəyanatlarını aktiv şəkildə dərc etməyə başlayıb.

Publika.az xəbər verir ki, “Associated Press” yazıb ki, vitse-prezident Kəmala Harris ölkə rəhbərliyinə namizəd olarsa, ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası ciddi dəyişikliklərə məruz qalmayacaq.

Qeyd olunur ki, Trampın müşavirləri Baydenin yarışda qalmasını istəyiblər. Agentliyin məlumatına görə, onlar Harrisin şəxsiyyətini Bayden administrasiyasının uğursuzluqları ilə əlaqələndirməyə, o cümlədən onu Baydenin pisləşən sağlamlıq vəziyyətini ört-basdır etməkdə ittiham etməyə davam edəcəklər.

O, həmçinin qeyd edib ki, Bayden yarışı tərk etdiyini elan etdikdən bir saat keçməmiş Tramp kampaniyası Harrisin bəzi seçiciləri özündən uzaqlaşdıra biləcək köhnə bəyanatlarını aktiv şəkildə dərc etməyə başlayıb.

Xatırladaq ki, Bayden bazar günü bir müddət əvvəl ikinci müddətə yenidən seçilmək istəməyəcəyini bildirmişdi. O, vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib. Tramp dəfələrlə bəyan edib ki, Harrisi məğlub etmək onun üçün çox asan olacaq.

ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur