“Nyukasl Yunayted” alman mütəxəssis Yulian Naqelsmannı yayda baş məşqçi təyin etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk “X” sosial şəbəkəsində yazıb.
Mənbənin sözlərinə görə, Naqelsmannın Almaniya millisi ilə müqaviləsi 2024-cü il Avropa çempionatının sonuna qədərdir. Eyni zamanda, almaniyalı mütəxəssis beynəlxalq turnirdən sonra fəaliyyətini harada davam etdirəcəyini hələ bilmir. Bundan əlavə, Naqelsmannın maraqlarını “Nyukasl Yunayted”in müdafiəçisi Fabian Şerin işləri ilə məşğul olan eyni agentlik təmsil edir.
Xatırladaq ki, əvvəllər Naqelsmannın “Liverpul”un və “Borussiya Dortmund”un baş məşqçi postuna namizəd olduğu bildirilirdi.