Efiopiyada yol-nəqliyyat hadisəsi azı 60 nəfərin ölümü ilə nəticələnib.
QÜTB.AZ xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“60-dan çox insan bazar günü Cənubi Efiopiyada baş vermiş avtomobil qəzasında həlak olub”, – agentlik diqqətə çatdırıb.
Bundan başqa, Sidama Regional Səhiyyə Bürosu feysbukda bildirib ki, “avtomobil qəzası nəticəsində indiyədək 66 nəfər həyatını itirib”.