26.09.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Prezident İlham Əliyev əsl dostdur - Vuçiç

26 sen 2025 10:00
GÜNDƏM
ads

Azərbaycan və Prezident İlham Əliyev bizim strateji tərəfdaşımız və hətta əsl dostdur və indiki dünyada bunu hər kəs haqqında demək asan deyil.

Qutb.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə Serbiyada tanınmış lider deyil, həm də, Serbiya xalqının sevdiyi şəxsdir.

“Eyni zamanda, biz müxtəlif səviyyələrdə əməkdaşlığımızı genişləndirdik. Bir gün əvvəl parlament sədrimiz Bakıda, sizin ölkənizdə oldu və biz kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər müxtəlif sahələrdə, müxtəlif məsələlərdə əməkdaşlıq edirik. Biz bunu gələcəkdə də edəcəyik, əməkdaşlığın səviyyəsini yüksəldəcəyik və təkmilləşdirəcəyik. Azərbaycanlı dostlarımıza və qardaşım Prezident İlham Əliyevə ən xoş arzularımı çatdırıram”,- deyə Serbiya Prezidenti əlavə edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur