Finlandiyada NATO qüvvələrinin daimi mövcudluğu tələb olunmur.
Publika.az xəbər verir ki, bunu Helsinkidə keçirilən mətbuat konfransında ölkə prezidenti Aleksandr Stubb bildirib.
Stubb qeyd edib ki, NATO-nun əhəmiyyətli iştirakı olmasa belə, Finlandiya hərbi cəhətdən “çox yaxşı təmin olunub”.
Prezident əlavə edib ki, silahlı münaqişə baş verərsə, ölkədə 280 min ehtiyatda olan əsgər və ümumilikdə yaxşı müdafiə qabiliyyəti var.
O vurğulayıb ki, ölkədə NATO və ya ABŞ qüvvələrinin bütün briqadalarını yerləşdirmək planları yoxdur: “Biz belə bir şey etməyəcəyik, lakin NATO-nun Finlandiya ərazisindəki təlimlərini alqışlayırıq".
Xatırladaq ki, bu ilin aprelində Finlandiya Şimali Atlantika Alyansının 31-ci üzvü olub.
Vazeh BƏHRAMOĞLU