Respublikaçıların ABŞ Prezidentliyinə namizədi Donald Tramp Ohayo ştatından senator Ceyms Devid Vensi ABŞ vitse-prezidentliyinə namizəd kimi irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə sabiq prezident “Truth” sosial şəbəkəsində yazıb.
“Çox fikirləşdikdən sonra qərara gəldim ki, ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vansdır”, - Tramp yazıb.
39 yaşlı Devid Vens Trampın sərt tənqidçilərindən olsa da, 2018-ci ildə ona dəstəyini nümayiş etdirmişdi.
Xatırladaq ki, bu gün Respublikaçılar Partiyası bu gün Donald Trampı səs çoxluğu ilə rəsmi namizəd kimi təsdiqləyib.