02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

"Kupça"sı olmayanların NƏZƏRİNƏ! - Yeni sənəd...

22 avq 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Bakı və Abşeronda olduğu kimi, bölgələrdə də yaşayış evlərinin çıxarışı ilə bağlı ciddi problemlər var.

QÜTB.AZ xəbər verir ki, xüsusilə, əksər kənd evlərində çıxarış demək olar yoxdur. Bu evlər ya sənədsizdir, ya da yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən verilən sənədlər əsasında tikilib.

Əmlak eksperti Elnur Fərzəliyev "Xəzər Xəbər"ə bildirib ki, kənd evlərinin bir çoxu hələ də çıxarışla təmin edilməyib: "Evlərin çıxarışının olmaması onların alqı-satqıda istifadə edilməsini məhdudlaşdırır. Bununla yanaşı, turizm potensialı olan ərazilərdə inkişafı xeyli zəiflədir. Bundan başqa, çıxarışsız kənd evlərinə maraq azalır".

Ekspert deyib ki, vətəndaşlar müvafiq sənədlərlə öz evlərinə çıxarış almaq üçün aidiyəti qurumlara müraciət etməlidir. Bundan başqa, bu məsələdə vətəndaşlar marifləndirilməlidir. Evlərin çıxarışla təmin edilməsi dövlət büdcəsinin gəlirlərini də artıra bilər.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildi ki, əlində hüququ sənədi olan vətəndaşların evlərinin çıxarışla təmin edilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, sənədi olmayan və mühafizə olunan zonalarda tikilən evlərə gəldikdə isə bu məsələyə köklü yanaşma nəzərdə tutulur. Problemin həlli üçün ayrıca normativ hüquqi sənədin qəbul edilməsi gözlənilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur