"Real"n yeni futbolçusu Kilian Mbappe PSJ-dəki karyerası barədə danışıb.
Publika.az xəbər verir ki, o, problemlərə diqqət yetirməyə ehtiyac olmadığını bildirib. Mbappe şikayət ediləcək heç nəyin olmadığını deyib:
“Mənə həmişə ağlamamağı öyrədiblər. Futbol oynamaq üçün - xoşuma gələni etmək üçün yaxşı maaş alırdım. Digər insanlar çox çətin iş gördükləri fabrikə gedirlər. Dünyada daha pis şeylərin olduğunu bildiyim üçün şikayət edəcəyim heç nə yoxdur. Bu, asan deyil, amma bu, mənim tərbiyəmin bir hissəsidir”.
Qeyd edək ki, Fransa mətbuatında PSJ-nin Mbappenin aprel maaşını və bonusları ödəməkdə imtina ediyi barədə məlumat yayılıb.
Heybət