Qəzza zolağında qalan Şotlandiyanın regional baş naziri Həmzə Yusifin həyat yoldaşı, Nadia El-Naklanın qardaşı oğulları bölgədən çıxarılaraq Türkiyəyə gətirilib.
Publika.az xəbər verir ki, El-Nakla prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın çağırışı ilə çağırılan və atəşkəs tələb edən birinci xanımların zirvəs toplantısına qatıldığını qeyd edib.
Əlavə edib ki, Türkiyənin müvəqqəti himayə statusu verəcəyi qəzzalı ailə üzvlərinin siyahısı açıqlanıb.
O, bibisi və 4 qardaşı oğlunun xilas edildiyini bildirib: “Mən çox şadam ki, onlar təhlükəsiz yerdədirlər. Qardaşım uşaqlarını xilas etdiyimiz üçün sizə təşəkkür edirəm”.
Aysel