14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

Saakaşviliyə HÖKM OXUNDU

12 mar 2025 11:00
DÜNYA
ads

Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini dövlət vəsaitinin mənimsənilməsi işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edib.

Qutb.az xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Saakaşvili hazırda deputat Valeri Gelaşvilinin döyülməsinə və Sandro Girqvlianinin qatillərinin əfv olunmasına görə 6 illik həbs cəzasını çəkir.

Məhkəmə Saakaşvilini prezidentliyi dövründə büdcə vəsaitlərinin şəxsi ehtiyaclarına xərclənməsinə icazə verməkdə təqsirli bilib, o, oğlunun təhsil haqqını ödəyib, təyyarələr və bahalı avtomobillər icarəyə götürüb, şəxsi qarderobuna əşyalar alıb. Saakaşvili bu işdə 2014-cü ildə ittiham olunub. Dövlətə dəyən zərər 9 milyon lari (2,9 milyon dollar) həcmində qiymətləndirilir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur