29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Beyni cavanlaşdıran pəhriz

21 fev 2024 17:00
GÜNDƏM
ads
Advertisement

Yaşlı insanlarda çox rast gəlinən demensiya yaddaş itkisinə, davranış dəyişikliklərinə və hətta hərəkətlilik problemlərinə səbəb ola bilir.

Publika.az xəbər verir ki, aparılan araşdırmalar bir qrup qidanın demensiya riskini 9 dəfə azaltdığını üzə çıxarıb.

Demennsiyanın müalicəsi yoxdur. Ancaq araşdırmalar göstərir ki, hər 10 demensiya xəstəsindən dördündə bu halın qarşısını almaq olar. Bunun üçün həyat tərzində, xüsusilə də qidalanma rejimində müəyyən dəyişikliklər etmək vacibdir.

Həkim Aleksis Missik bunun üçün Aralıq dənizi pəhrizini təklif edir.

“Son tədqiqatlar göstərir ki, Aralıq dənizi pəhrizi demensiya riskini azalda bilər. Bu, daha çox antioksidantla zəngin meyvə və tərəvəzlərin istehlakı ilə əlaqəlidir. Antioksidanlar beyni qoruyur”, - deyə A.Missik qeyd edib.

Həkim demansın qarşısını almağa kömək edə biləcək dörd növ qida qrupundan istifadə etməyi məsləhət görür:

Meyvələr, tərəvəzlər və paxlalılar - xüsusilə giləmeyvə, kələm, yaşıl yarpaqlı tərəvəzlər, lobya və mərcimək növləri.

Somon və tuna kimi yağlı balıqlar

Zeytun yağı

Tam taxıl çörəyi, düyü və makaron

Missikin bu tövsiyəsi 2023-cü ildə nəşr olunan elmi araşdırma ilə də dəstəklənir.

Nyukasl Universitetinin mütəxəssisləri Aralıq dənizi pəhrizinə riayət edənlərin demensiya riskinin 23 faizə qədər daha az olduğunu müəyyən ediblər.

Tədqiqatın bir hissəsi olaraq elm adamları 60,298 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar demək olar ki, on il ərzində izlənilib, bu müddət ərzində 882 demans halı müşahidə olunub. Onların məlumatlarına əsasən, tədqiqatçılar bitki əsaslı qidaların yüksək istehlakı ilə Aralıq dənizi pəhrizinin demensiya riskini azaltmaq üçün mühüm strategiya olduğu qənaətinə gəliblər.

Exeter Universitetinin tədqiqatçısı Dr. Cenis Renson da qeyd edib ki, bu araşdırmanın nəticələri zəngin Aralıq dənizi pəhrizindən istifadənin uzunmüddətli beyin sağlamlığına faydalarını vurğulayır.

"Bu pəhrizin demensiyaya qarşı qoruyucu təsiri insanın genetik riskindən asılı olmayaraq aydın idi və odur ki, bu, sağlam pəhriz seçimi etmək və demans riskini azaltmaq istəyən insanlar üçün faydalı həyat tərzi seçimi olar", - deyə Renson bildirib.

“British Medical Journal”da dərc olunan başqa bir araşdırmanın nəticələri isə sağlam qidalanmanın ən vacib profilaktika addımı olduğunu, ondan sonra isə aktiv həyat tərzinin gəldiyini göstərib.

Qeyd edək ki, Aralıq dənizi pəhrizinin ürək xəstəlikləri, diabet, bəzi xərçəng növləri və depressiya riskini azaltdığı da sübut edilib.(Medicina.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur