Qalmaqallı və “dəli” adlandırılan reper Kanye Uestin həyat yoldaşı Bianca Censori bu dəfə parisliləri şoka salıb.
Publika.az xəbər verir ki, Bianca Censori qısa xəz paltoda və şəffaf taytda görüntülənib. O bu dəfə alt paltarı geyinməyib.
46 yaşlı Kanye təhlükəsizlik qrupu ilə birlikdə yarıçılpaq həyat yoldaşını müşayiət edib. Biancadan fərqli olaraq, Kanye bir cüt spandex əlcək də daxil olmaqla tamamilə qapalı geyinib.
Cütlük Parisdəki "Fendi" butikində alış-veriş etdikdən sonra "Ferdi" restoranında nahar edib.