29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Ən yaxşı səhər yeməyi..." - Mütəxəssislər açıqladı

24 fev 2024 03:00
GÜNDƏM
ads
Advertisement

Günə yumurta yeyərək başlamaq sağlamlıq üçün verdiyiniz ən doğru qərar ola bilər.

Publika.az xəbər verir ki, zülalla zəngin səhər yeməyi variantları qlükozanın udulmasını yavaşlatmaqla qan şəkərinin səviyyəsini tarazlayır. Bu, xüsusən də diabet xəstələri üçün çox vacibdir.

Səhər yeməyi bütün gecə ac qalan bədənə enerji üçün lazım olan qlükozanı təmin edir. Ona görə də, oyandıqdan sonra yediyiniz ilk qida çox vacibdir. İlk yeməyiniz qan şəkərinizi sabit saxlamalı, tədricən enerji verməli və vitamin, minerallarla zəngin olmalıdır.

Mütəxəssislər qan şəkərinin səviyyəsini nəzarət altında saxlamağa kömək edən ən yaxşı səhər yeməyinin yumurta olduğu qənaətinə gəliblər. Yumurta tərkibində yüksək zülal olduğu üçün diabet xəstələrinin qan şəkərinin səviyyəsini tənzimləməkdə faydalıdır.

Ekspertlər bunu nəzərə alaraq, səhərlər tərəvəzli omlet bişirməyi və ya suda bişmiş yumurta yeməyi tövsiyə edirlər.
Yumurta sevməyənlər isə tam taxıl çörəyi ilə qatıq yeyə bilərlər. Çünki bu variant da insulin və qan şəkərini balanslaşdırmağa kömək edir.

Bildirilir ki, səhər yeməyi menyusuna daxil etdiyiniz qidalar qədər nələri süfrəyə qoymamalı olduğunuz da əhəmiyyət kəsb edir.
Səhər yeməyində meyvə şirələrindən və şirin çaydan uzaq durmaq, bunun əvəzinə bitki çayları və ya qəhvə içmək olar.

Mütəxəssislərin fikrincə, hansı qidanı seçməyinizdən asılı olmayaraq oyanan kimi yemək məsləhət deyil. Oyandıqda bədənin qan şəkərinin səviyyəsi təbii olaraq yüksəkdir. Odur ki, ilk yeməyi oyandıqdan bir saat yarım sonra yemək tövsiyə olunur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur