Polşa və Ukrayna iki ölkədə birgə müdafiə-sənaye müəssisələrinin yaradılması barədə razılığa gəliblər.
Publika.az RİA Novosti - yə istinadən xəbər verir ki, bunu Kiyevə səfəri zamanı Polşanın baş naziri Donald Tusk deyib.
“Biz silah istehsalına ümumi sərmayələr haqqında da danışdıq və bu danışıqları tez bir zamanda başa çatdırmaq niyyətindəyik”, - Polşanın baş naziri bildirib.
Tusk həmçinin qeyd edib ki, bu müəssisələrin inkişafı “hər iki tərəf üçün gəlirli biznesə” çevriləcək. O, əlavə edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin iki ölkənin birgə işi barədə sözlərini böyük məmnunluqla qarşılayıb.