29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Alimlər həyəcan təbili çaldı: “Dünyanın ağciyəri” məhv olur

15 fev 2024 13:00
GÜNDƏM
ads
Advertisement

"Daily Mail" qəzetinin məlumatına görə, elm adamları yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Publika.az xəbər verir ki, alimlər ağacların kəsilməsi, yanğınlar və həddindən artıq quraqlıq səbəbiylə Amazonun 38 faiz hissəsinin pisləşdiyini bildiriblər. Onlar 2050-ci ilə qədər tropik meşələrin 47 faizinin məhv ola biləcəyini düşünürlər.

Ekosistemi əsasən yağışdan asılı olan Amazon meşələri dünyadakı oksigenin çox hissəsini istehsal etdiyi üçün “dünyanın ağciyərləri” olaraq xarakterizə edilir. Rütubət səviyyəsi bu cür düşməyə davam edərsə, Amazonun quraq əraziyə çevriləcəyi proqnozlaşdırılır.

Araşdırmanın təfərrüatı "Nature" jurnalında dərc olunub.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur