02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Alimlər kartofun inanılmaz faydalarını üzə çıxardı

11 mar 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Bir çoxları kartofun mənfi nəticələri ilə bağlı şayiələri rəhbər tutaraq, onu rasionlarından xaric edirlər. Onlar arasında artıq çəki, həzm problemləri və şəkər xəstəliyindən tez-tez danışılır. Bununla belə, kartofdan imtina etmək orqanizmdə vitamin və mineralların çatışmazlığına səbəb ola bilər.

Publika.az xəbər verir ki, ABŞ-ın Albert Eynşteyn Tibb Kollecinin alimləri bu nəticəyə gəliblər. Araşdırmanın nəticələri "Frontiers" jurnalında dərc olunub.

Təcrübə zamanı sağlamlıq problemi olmayan iki qrup insan eyni kalorili müxtəlif pəhriz növlərinə riayət edib. Onların bəziləri nişastalı tərəvəzlər, bəziləri isə taxıl yeyib. Sonda qan analizlərinin nəticələri göstərib ki, kartofun başqa məhsulla əvəz olunması kalium (21%), B6 ​​(17%) və C vitaminləri (11%), həmçinin lif (10%) səviyyəsinin azalmasına səbəb olub. Odur ki, kartofdan imtinanın nəinki təsirsiz, həm də zərərli olduğu ortaya çıxıb.

Karbohidratlar həm kartofda, həm də taxılda olur, lakin onlar bir-birini əvəz etmir. Mütəxəssislərin fikrincə, qidaları “zərərli” və “sağlam”a bölmək mümkün deyil, balanslaşdırılmış və müxtəlif qidalar yemək daha vacibdir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur