Belçika və Niderlandın ifrat sağçı partiyaları Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi anti-Avropa İttifaqı “Avropa vətənpərvərləri” alyansına qoşulub.
Publika.az xəbər verir ki, bu barədə Belçikadakı ifrat sağçı qrup Vlaams Belanqın (VB) lideri Tom Van Qriken sosial media hesabından açıqlama verib.
Bildirilir ki, alyansa VB və Niderlanddakı irqçi və İslam əleyhdarı Hert Vildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası (PVV) qoşulub.
Sözügedən partiyaların iştirakı ilə “Avropa Vətənpərvərləri” ən azı 7 ölkədən olan üzvlərin AP-də siyasi qrup yaratmaq tələbini yerinə yetirib. Orbanın yeni qrupun yaradılması ilə bağlı rəsmi açıqlamanı sabah verəcəyi gözlənilir.
Roza Şəfiyeva