"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda darmadağınla qalib gəldikləri "Sparta" ilə oyunu (1:5) şərh edib.
Publika.az xəbər verir ki, alman mütəxəssis rəqibi risklərinə görə cəzalandırdıqlarını bildirib:
“Nəticə oyundan qat-qat yaxşıdır. “Sparta” yaxşı oynadı və topa sahib olduğumuz zaman bir az risk etdi, əks-hücumlara keçdi. Topu bir neçə dəfə itirdik ki, ondan qaçmaq mümkün idi. Bəzi vəziyyətlərdə daha yaxşı müdafiə olunmalı idik. “Sparta” riskə getdi və biz belə məqamlarda onları buna görə cəzalandırdıq. Gözəl qollar vurduq, yaxşı şanslarımız oldu.
Bu matçın parkda gəzinti olacağını düşünmürdük. Açığı, belə deyil, çox çalışmalı idik. Amma belə asan oyun gözləmirdik, olmadı da”,
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra "Liverpul"da baş tutacaq. Buna qədər martın 10-da “qırmızılar” Premyer Liqada “Mançester Siti” ilə qarşılaşacaq.
Heybət