Cənubi Koreya Prezidenti Yoon Seok-yeol konstitusiya quruluşunu devirmək üçün fitnə-fəsad törətmək ittihamı ilə həbs oluna bilər.
QÜTB.AZ "Yonhap"a istinadla xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Departamentinin rəhbər Oh Donq Un ölkə parlamentində yüksək vəzifəli məmurlara qarşı çıxışında bildirib.
O qeyd edib ki, hüquq-mühafizə orqanları hərtərəfli araşdırma aparır və prezidentin mümkün həbsi ilə bağlı məsələlərə baxır. Oh Donq Un dövlət başçısının mütləq həbs edilib-edilməyəcəyini açıqlamayıb və istintaqda bir sıra prosessual məsələlərin olduğunu vurğulayıb.
Dekabrın 11-də polisin Cənubi Koreya prezidentinin administrasiyasında axtarış aparmağa gedib.
Həmin gün polisin baş komissarı Ço Ji-ho Cənubi Koreyada həbs edilib . Cənubi Koreya xüsusi təyinatlılarının qərargahında da axtarışlara başlanılıb .
Bundan əvvəl Cənubi Koreya parlamenti prezident Yoon Seok-yeolun həbsinə çağırıb.
Hüseyn İbadlı