13.06.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Xaricdə təhsil alıb qayıtmayanlara hüquqi tədbir görülür? - RƏSMİ

11 iyn 2025 04:00
GÜNDƏM
ads
Advertisement

Son illərdə Azərbaycan dövləti təhsilin inkişafı istiqamətində mühüm addımlar atıb, xüsusilə də gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasını təşviq edən müxtəlif proqramlar həyata keçirib.

Bu istiqamətdə həyata keçirilən əsas təşəbbüslərdən biri "2007–2015-ci illər üzrə Dövlət Proqramı", daha sonra isə "2022–2026-cı illər üçün Xaricdə Təhsil üzrə Yeni Dövlət Proqramı" olub. Məqsəd Azərbaycanın gələcək inkişafında aparıcı rol oynaya biləcək ixtisaslı, bilikli və qlobal düşüncə tərzinə sahib kadrların hazırlanmasıdır.

Maraqlıdır, Dövlət Proqramı üzrə təhsilini başa vurub vətənə dönməyənlərə hər hansısa bir cəza gözləyirmi?

Qutb.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Dövlət Proqramına sorğu ünvanlayıb.

Bildirilib ki, namizəd Dövlət Proqramı təqaüdçüsü seçildikdən sonra onunla Elm və Təhsil Nazirliyi arasında müqavilə imzalanır:

“Bu müqaviləyə əsasən təqaüdçünün də öhdəlikləri mövcuddur. Bunlardan biri də təhsilini uğurla başa vurduqdan sonra 2 ay ərzində vətənə qayıdıb, 5 il əmək fəaliyyəti ilə məşğul olmaqdır.

Müqavilənin qeyd olunan şərti pozulduqda müvafiq hüquqi tədbirlər görülür”,- deyə məlumat verilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur