03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Modinin Putinin yanında davranışı Çində TƏƏCCÜB DOĞURDU: "Baş barmağını yuxarı qaldırıb və..."

24 okt 2024 23:00
GÜNDƏM
ads
Advertisement

Oktyabrın 22-dən 24-dək Kazanda keçirilən BRICS sammitində iştirak edən Hindistanın Baş naziri Narendra Modi davranışı ilə çinli jurnalistlərin diqqətini çəkib.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Sohu" nəşri məlumat yayıb.

Qeyd edilib ki, tədbirlərin rəsmi hissəsi başlamazdan əvvəl qonaqlar üçün konsert və qeyri-rəsmi şam yeməyi təşkil olunub. Jurnalistlər Modinin konsert zamanı baş barmağını yuxarı qaldırdığını və çox xoşbəxt göründüyünü görüblər. Onun qarşısında Çin Prezidenti Si Cinpin, sağında isə Rusiya Prezidenti Vladimir Putin dayanıb.

Hindistanlı siyasətçinin emosiyaları medianın xüsusi diqqətini çəkib. Ehtimal edilir ki, Modinin yüksək əhval-ruhiyyəsi Hindistan və Çin arasında uzun müddətdir davam edən ərazi mübahisəsinin həlli ilə bağlıdır.

BRICS-in Kazan sammitində mühüm irəliləyiş Belarus da daxil olmaqla birdən-birə 13 dövlətə assosiasiyanın tərəfdaşı statusunun rəsmi şəkildə verilməsi olub. Ölkə prezidenti Aleksandr Lukaşenko BRICS-ə tam üzv olmağa hazır olduğunu açıqlayıb.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur