"İnter"in hücumameyilli yarımmüdafiəçisi Hakan Çalhanoğlu və hücumçusu Markus Tyuram maraqlı formada gündəmə gəliblər.
Publika.az xəbər verir ki, onlar sosial şəbəkədə canlı yayımlarına qoşulan Milan klubunun prezidenti Stiven Çanqla zarafat ediblər.
Tyuram. Cənab Prezident, bizi 0 avroya aldınız!
Çalhanoğlu. Bir fincan qəhvə Tyuramla məndən bahadır (gülür) .
Tyuram. Hədiyyəmizi almalıyıq.
Çanq: Bu canlı yayımın səhv olduğunu bilirdim (gülür) .
Xatırladaq ki, Çalhanoğlu “İnter”ə 2021-ci ilin yayında azad agent kimi keçib. Türkiyəli futbolçu buna qədər "Milan"da çıxış edib. Öz növbəsində, Tyuram ötən yay sərbəst futbolçu kimi "neradzurri"yə transfer olunub.
Heybət