Müğənni Nura Suri Sevgililər Günü ərəfəsində “Sevgimiz dənizdir” adlı klipi üçün təqdimat mərasimi keçirib.
Publika.az xəbər verir ki, “CinemaPlus”da media nümayəndələrinin suallarını cavablandıran sənətçi klipi onlarla birgə seyr edib.
Nura söz və musiqisi Saybuya aid mahnı üçün Xəyal Səlimovun kamerası qarşısına keçib. Klipdə onun tərəf müqabili aktyor Rüfət Nəzər olub. Sənətçilər iki sevgilini canlandırıblar. Fotosessiyanı isə fotoqraf Kamran Ağayev lentə alıb.
Klip artıq müğənninin rəsmi kanalında yayımlanıb, 16 fevraldan isə bütün dijital platformalarda yerini alacaq.