28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Aİ-dən Ukrayna ilə bağlı YENİ PLAN: növbəti 4 il ərzində

22 yan 2024 05:00
GÜNDƏM
ads

Avropa Xarici Fəaliyyət Xidməti 50 milyard avroluq yardım paketi ilə bağlı fikir ayrılıqları fonunda Ukraynaya 20 milyard avrodan çox hərbi dəstək vermək üçün yeni üsul hazırlayıb .

Publik.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) Avropa İttifaqının (Aİ) yeni planının layihəsinə istinadla məlumat yayıb.

Təşəbbüs Kiyevə on milyardlarla avro hərbi yardım müqabilində Aİ ölkələrinə 20 milyard avrodan çox vəsaitin qaytarılmasını nəzərdə tutur. Onar bu yardımı növbəti dörd il ərzində təmin edəcəklər.

2022-ci ildə yaradılan Avropa Sülh Fondundan təxminən 6,5 milyard avro cəlb edəcək və 2024-cü ildən 2027-ci ilə qədər hər il 5 milyard avroya qədər vəsait alacaq xüsusi fondun yaradılması təklif edilir.

Yeni fondun vəsaitləri Aİ ölkələrinin Ukraynaya təhvil verilməsi üçün birgə silah alışına görə xərclərini kompensasiya etmək üçün istifadə olunacaq.

Pulun digər hissəsi Ukrayna əsgərlərinin Aİ-də hərbi təlimlərinə sərf olunur. Plan layihəsinə görə, Aİ 2024-cü ildə 7,5 milyard dollar məbləğində kompensasiya təklif edə bilər, lakin təşəbbüsün qüvvəyə minməsi üçün keçid dövrü lazımdır.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur