Eskalasiyanın qarşısını almaq üçün Ukraynadakı münaqişəyə son qoymaq üçün təcili danışıqlara başlamaq lazımdır.
Publika.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijyarto deyib.
"Bizim mövqeyimiz ondan ibarətdir ki, sülh mümkün qədər tez əldə edilməlidir. Sülh danışıqları dərhal başlamalı və atəşkəs əldə edilməlidir", - nazir deyib.
Onun sözlərinə görə, münaqişə davam edərsə, eskalasiya riski günbəgün artacaq.
Adəm Abbaslı