2020-ci ildə baş vermiş 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın hesabatı bu il sentyabrın 27-dən sonra Ermənistan parlamentinin plenar iclasının birinci və ya ikinci günündə təqdim olunacaq.
Qutb.az xəbər verir ki, bunu hakim "Mülki müqavilə" fraksiyasından olan deputat Andranik Köçəryan parlamentdə jurnalistlərlə söhbətində deyib.
“Mülki müqavilə” fraksiyasının deputatı hesab edir ki, hesabatın bu günlərdə təqdim olunması çox vacibdir.
“Sensasiya axtarmayın, nəticələrin aradan qaldırılması ilə bağlı problemlərin müəyyənləşdirilməsini axtarın”, - Köçəryan vurğulayıb.
Onun sözlərinə görə, məxfilik o qədər böyükdür ki, müzakirə bağlı qapılar arxasında baş tuta bilər, lakin hesabat müvafiq orqanlara və dövlət qurumlarına açıq olacaq ki, nəticə çıxarsınlar.