“Pakistan Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları həyata keçirib”.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, terrorçular ölkənin təhlükəsizliyinə ciddi təhlükə yaradır:
“Pakistan Əfqanıstanın suverenliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verir. Biz dəfələrlə Əfqanıstan hakimiyyətini konkret tədbirlər görməyə çağırmışıq”.