06.04.25 | Bakı 13.03° C |
00:39:41
Lent :

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etdi

04 iyl 2024 09:00
GÜNDƏM
ads
Advertisement

ABŞ Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün Kiyevə əlavə yardım göstərəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu yardım 150 milyon ABŞ dolları dəyərində paket şəklində Prezident yanında Silahların Azaldılması Orqanı vasitəsilə təmin ediləcək. Qeyd olunur ki, bu paketə əsas döyüş komponentləri daxil olacaq.

Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemində istifadə olunan xeyli sayda “Patriot” və NASAMS sistemlərinin çatdırılacağını açıqlayıb. Bu silahlar Ukraynanın Təhlükəsizliyə Yardım Təşəbbüsünün (USAI) ümumi dəyəri 2,2 milyard dollar olan vəsaitindən alınacaq.

Daha əvvəl elan edildiyi kimi, Bayden administrasiyası Ukraynaya planlaşdırılan hərbi tədarüklərin ardıcıllığını dəyişdirərək bu silah və sursatların çatdırılmasını sürətləndirməyi planlaşdırır.

Beləliklə, Ukrayna öz əhalisini və mühüm infrastrukturunu Rusiyanın hava hücumlarından qorumaq üçün təcili ehtiyac duyduğu raketlərlə təmin olunacaq.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur