Belçikanın baş naziri Aleksandr De Kro istefa verib.
Publika.az-ın məlumatına görə, Belçika KİV-i yazır ki, buna səbəb onun partiyasının milli seçkilərdə məğlub olmasıdır.
O, iyunun 9-da, bazar günü keçirilən milli seçkilərdə Liberallar və Demokratlar partiyasının böyük səs çoxluğunu itirməsindən sonra istefa verəcəyini açıqlayıb.
Mitinqdə tərəfdarlarına müraciət edən Kro, "Bizim üçün xüsusilə çətin bir axşam oldu. Biz məğlub olduq” deyib.
Bu arada De Kroes yeni hökumət qurulana qədər müvəqqəti baş nazir vəzifəsində qalacaq.
“Mən əminəm ki, bizə mümkün qədər tez tam səlahiyyətlərə malik yeni hökumət lazımdır. Seçicilərin siqnalı aydındır”, - o əlavə edib.
Tural