İraq Daxili İşlər Nazirliyi İran və Türkiyə sərhədlərinin təhlükəsizliyini daha yaxşı təmin etmək üçün 8 mərhələdən ibarət fəaliyyət planı tətbiq edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin Sərhəd Qüvvələri komandanı Məhəmməd əs-Sidi İraqın rəsmi xəbər agentliyi olan İNA-ya açıqlama verib.
O, İraq sərhədlərində təhlükəsizlik səviyyəsini artırmaq üçün Türkiyə ilə 2, İranla 6 mərhələlərindən ibarət plan təyin etdiklərini bildirib.
Sidi 1980-ci illərdən bəri bu bölgədə qadağan olunmuş silahlı qrupların (PKK) olduğunu və onların nəzarətindəki ərazini zəiflətmək üçün çalışdıqlarını qeyd edib.
"Biz Türkiyə ilə iki mərhələli işə başlamışıq. Birincisi, sərhədin təhlükəsizliyini təmin etmək üçün iki tərəf arasında ortaq koordinasiya mərkəzi yaradılacaq. İkincisi, iki ölkə arasında sərhəd zastavaları tikiləcək", - Sidi əlavə edib.
Roza Şəfiyeva