28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

BMT-dən diqqətçəkən Türkiyə hesabatı - 30 il ərzində...

17 iyl 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Birləşmiş Millətlər Təşkilatının "Dünya Əhali Prospektləri 2024" hesabatına görə, Türkiyədə əhalinin 2054-cü ilə qədər pik həddinə çatacağı, daha sonra azalmağa başlayacağı gözlənilir.

Publika.az xəbər verir ki, hesabata görə, yaxın 60 ildə dünya əhalisinin ən yüksək həddə çatacağı proqnozlaşdırılır. Təxminlərə görə, 2080-ci illərdə dünya əhalisinin sayı 10 milyard 300 milyona çatacaq.

Çin, Almaniya, Yaponiya və Rusiya kimi bəzi ölkələrdə əhali artımının artıq pik həddinə çatdığı bildirilir. 2054-cü ilə qədər Braziliya, İran, Türkiyə və Vyetnam kimi daha 48 ölkədə pik həddini keçəcəyi, daha sonra əhalinin azalmasının başlayacağı gözlənilir.

Anqola, Niger, Somali və Konqo Demokratik Respublikası kimi bir çox Afrika ölkəsində əhalinin 2024-2054-cü illər arasında iki dəfə artacağı təxmin edilir.

BMT-nin doğum və ölüm nisbətlərinə əsaslanan hesabatına görə, hər il təxminən 70 milyon olan əhali artımının 2050-ci ildən etibarən yavaşlaması gözlənilir.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur