"İnter Mayami"nin hücumçusu Luis Suares gələcək karyerası barədə danışıb:
Publika.az xəbər verir ki, o, karyerasını ABŞ klubunda başa vuracağını açıqlayıb:
""İnter Mayami" karyeramdakı son klub olacaq. Ailəmin bundan xəbəri var. Hələ nə vaxt bitirəcəyimi bilmirəm, amma bu son dayanacaq olacaq. İndi bu barədə danışıram və ağlamaq istəyirəm, amma buna hazırlaşmalıyam. Yadımdadır, keçmiş oyunçulardan biri mənə demişdi ki, futbolçu heç vaxt təqaüdə çıxmağa hazır deyil”.
Qeyd edək ki, Uruqvaylı forvardın 37 yaşı yanvarda tamam olub. Onun "İnter Mayami" ilə müqaviləsi 2024-cü ilin sonuna qədərdir.
Heybət