İtaliyanın şimal regionlarında aramsız leysan yağışları fəsadlar törədib.
QÜTB.AZ xəbər verir ki, Piza bölgəsində çaylar məcrasından çıxıb, evləri, küçələri və iş yerlərini su basıb. Bəzi ərazilərə 120 millimetr yağıntı düşüb, torpaq sürüşmələri olub.
Liquriya və Emiliya-Romanya regionlarının müxtəlif bölgələrində “narıncı”, Veneto, Lombardiya, Toskana və Valle d'Aosta regionlarında isə “sarı” xəbərdarlıq elan edilib.
Mülki müdafiə qüvvələri köməksiz vəziyyətdə qalan onlarla insanı xilas edib. Bir nəfərin itkin düşdüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Ölkə üzrə əlverişsiz hava şəraitinin qarşıdakı günlərdə də davam edəcəyi bildirilib.