02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

ABŞ-ın din azadlığı təəssübkeşliyi: Çin və Hindistanı "vurdu"

27 iyn 2024 08:00
GÜNDƏM
ads
Advertisement

ABŞ dövlət katibi Antoni Blinken dünyada milyonlarla insanın dini etiqad azadlığına hələ də hörmət olunmadığını bildirib.

Publika.az xəbər verir ki, Blinken paytaxt Vaşinqtonda keçirilən mətbuat konfransında Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının (USCIRF) təxminən 200 ölkə və regionda dini azadlıqların pozulmasını araşdıran illik hesabatını açıqlayıb.

O, bu gün dünyada hökumətlərin ayrı-ayrı insanları hədəf aldığını, ibadət yerlərini bağladığını və insanları dini inanclarına görə həbs etməyə davam etdiyini bildirib.

Hesabatda bildirilir ki, dini məhdudiyyətlər 2007-ci ildən bu yana qlobal miqyasda ən yüksək səviyyəyə çatdıb. Həmçinin sözügedən hadisələrdə müsəlmanlarla yanaşı, xristianların da dini dəyişməyi qadağan edən qanunlara uyğun olaraq həbs edildiyinə dair məlumatlar yer alıb.

Blinken həmçinin ABŞ-ın beynəlxalq dini azadlıqlar üzrə səfiri Rəşad Hüseyn ilə birlikdə Hindistan və Çində dini təzyiq və sosial zorakılıq xəbərlərinə də toxunub:

“Biz azlıqların inanclı icmalarının üzvlərinə qarşı anti-dönüş qanunlarının, nifrətin və ibadət yerlərinin dağıdılmasında narahatlıq doğuran artım görürük. Hindistanda yerli polis dini ayinləri pozan dəstələrə kömək edir, dəstələr onlara hücum edərkən yanlarında dayanır, sonra qurbanları həbs edir”.

"Hesabat həmçinin Çin hökumətinin Sincandakı müsəlman uyğurlara, digər etnik və dini azlıq qruplarına qarşı törətdiyi insanlığa qarşı cinayətləri və soyqırımı işıqlandırıb", - Rəşad Hüseyn əlavə edib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur