Azərbaycanda yeni bilik mərkəzləri yaradılır
Bugün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür.
Qeyd edək ki, Mübariz İbrahimov 2010 cu il iyunun 17-dən 18-ə keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov ən azı 4, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.
Döyüşdən sonra Mübariz İbrahimovun cəsədi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun cəsədi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.