“İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin yaradılması prinsipləri barədə razılığa gəlib”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden “X”də məlumat yayıb.
“Altı həftə əvvəl mən atəşkəs və girovların qaytarılması üçün hərtərəfli sövdələşmə prinsiplərini irəli sürdüm. Hələ görüləsi işlər var və bunlar mürəkkəb məsələlərdir, lakin prinsiplər indi İsrail və HƏMAS tərəfindən razılaşdırılıb”, - Bayden bildirib.