Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi
Bakının mərkəzində biabırçılıq
Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər təqdim edib.
Qutb.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz prosesin davam etdirilməsinin məntiqi və konkret istiqaməti ilə bağlı Azərbaycana yazılı təkliflər vermişik. Hazırda onların cavabını gözləyirik", - o qeyd edib.
Paşinyanın sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşmalara, həm də işin davam etdirilməsilə bağlı konkret sahələrə aiddir. İlkin razılığa əsasən, tərəflər şimaldan cənuba - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin təmas nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar. Erməni tərəfi delimitasiyanın növbəti mərhələnin hansı sahədə başlaya biləcəyini göstərib.
Baş nazir prosesi dalana dirənmiş hesab etmədiyini vurğulayıb və hakimiyyətin bu istiqamətdə ardıcıl addımlar atacağına əmin etdi.
Bundan əvvəl baş nazirin müavini Mher Qriqoryan bildirmişdi ki, delimitasiyanın ikinci mərhələsi başlamazdan əvvəl Ermənistan və Azərbaycanın dövlətlərarası komissiyalarının yeni iclası planlaşdırılır.
Xatırladaq ki, 2025-ci il yanvarın 16-da baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyaların növbəti iclasının yekunlarına əsasən, tərəflər sərhədin şimal hissəsindən - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından cənuba - İran sərhədinə doğru irəliləməklə bir sıra delimitasiya işlərinə başlamaq barədə razılığa gəliblər.