"Bayden Türkiyəyə F-16 satışı ilə bağlı mövqeyinə sadiqdir".
Publika.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib. O, ABŞ-ın Türkiyəyə F-16 satması ilə bağlı planları haqda bunları deyib:
“F-16 satışına və Türkiyənin mövcud donanmasının modernləşdirilməsinə dəstək verməyə davam edirik. Bu, vəzifəyə gəldiyimizdən bəri dəyişməyən ardıcıl siyasi mövqeyimizdir. Tarixlər və cədvəllə bağlı Türkiyə üçün yeni məlumat yoxdur. Ancaq Türkiyəyə F-16-ların satışı ilə bağlı siyasətimiz dəyişməyib.
Aysel