Venesuela prezidenti Nikolas Maduro ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ABŞ Narkotiklərlə Mübarizə İdarəsini (DEA) ölkəsində qarşıdurma yaratmaqda ittiham edib.
Publika.az xəbər verir ki, paytaxt Karakasda keçirilən "Yeni Dövr Konqresi"ndə çıxış edən Maduro, CIA və DEA-nın Venesuelada zorakılıq, xaos və çevriliş planları qurmağa çalışdıqlarını və bunları Kolumbiyadakı DEA bazasında hazırladıqlarını bildirib. O, keçən il Bolivar inqilabına qarşı dörd sui-qəsdin qarşısını aldıqlarını xatırladıb.
Maduro həmin sui-qəsdlərin qarşısını almaq üçün maksimum məsuliyyət elan etdiklərini və ölkəsində zorakılığın yenidən canlanmasına imkan verməyəcəklərini bildirib.
Prezident Maduronu müdafiə naziri Vladimir Padrino Lopez və yüksək rütbəli hərbi komandirlər müşayiət edib.
Roza Şəfiyeva