29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Astanada atlıların paradı keçirildi

28 iyl 2024 21:00
GÜNDƏM
ads

Astanada təxminən 30 atlı şəhərin simvolik yerlərini gəzib.

Publika.az xəbər verir ki, bu qeyri-adi performans V Dünya Köçəri Oyunları ərəfəsində təşkil edilib.

Atlılar, paytaxtı qarşıdakı oyunlar üçün bəzəyən kiçik memarlıq əsərlərinin yanından keçərək, Döyüş Sənəti Sarayının yaxınlığında yürüşlərini başa vurublar.

Performansın iştirakçılarından biri, "Tengri Road" atlı səyahətçilər klubunun təsisçisi Saqadat Temkenov bildirib ki, əsas məqsəd mədəniyyəti, tarixi və ənənələri nümayiş etdirəcək, qazaxıstanlıları V Dünya Köçəri Oyunlarında iştirak etməyə çağırmaqdır.

O deyib: "Beləliklə, biz vətənpərvərlik, idmançılara dəstək və Vətənə sevgimizi göstəririk. Bundan əlavə, bu böyük tədbir Qazaxıstan turizminin inkişafına töhfə verəcək".

Saqadat Temkenov oyunlar başlayana qədər, hər bölgədə oxşar aksiya keçirməyə çağırışla etno-performans estafetini Jambıl vilayətinin nümayəndələrinə ötürüb.

Qeyd edək ki, V Dünya Köçəri Oyunları sentyabrın 8-dən 13-dək keçiriləcək. Tədbirdə dünyanın 89 ölkəsindən təxminən 2000 iştirakçının qatılacağı gözlənilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur