ABŞ Dövlət Departamentinin İnzibati işlər və siyasi məsələlər üzrə müşaviri Con Bass Vaşinqtonda keçiriləcək NATO Zirvəsi öncəsi Türkiyənin əhəmiyyətini vurğulayıb.
Publika.az xəbər verir ki, o, Belçikanın paytaxtı Brüsseldə onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Bass bildirib ki, Birləşmiş Ştatlar NATO toplantısı çərçivəsində türk həmkarları ilə bir arada olmağı səbirsizliklə gözləyir:
“Biz Türkiyə hökuməti ilə istər rəhbərlik səviyyəsində, istərsə də rəsmi nümayəndə heyətləri arasında qarşılıqlı əlaqələrdə, NATO vasitəsilə kollektiv təhlükəsizliyimizə təsir edən bir sıra məsələlər və digər təhlükəsizliklə bağlı müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Türkiyə uzun müddətdir Alyans daxilində kollektiv təhlükəsizliyə mühüm və hətta bir çox insanın dediyi kimi fundamental töhfə verən ölkə olub".
Qeyd edək ki, iyulun 9-11-də Vaşinqtonda NATO-nun Transatlantik Alyansın 75-ci ildönümü çərçivəsində liderlər səviyyəsində sammitin keçirilməsi planlaşdırılır.
Roza Şəfiyeva